“Qarabağ”-“Brügge” oyunundan xəbər var

qarabag-brugge-oyunundan-xeber-var
Oxunma sayı: 647

İyulun 28-də Belçikada keçiriləcək “Brügge” - “Qarabağ” oyununu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Arnold Hanter olacaq. A.Hanterin köməkçiləri hələki müəyyənləşməyib.

“Qarabağ”–“Brügge” oyunu Brüggedəki “Yan Breydelstadion” arenasında keçiriləcək. Cavab görüşü isə avqustun 4-də Bakıda oynanılacaq.