“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı - Yenilənib

qarabag-cempionlar-liqasi-ile-vidalasdi
Oxunma sayı: 10089

Bu gün Çempionlar Liqasında  3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, “Qarabağ” Belarusda BATE-nin qonağı olacaq. 

Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə “Qarabağ” rəqibinə 0:1 hesabı ilə məğlub olub.

***

Hər iki komandanın start heyətləri açıqlanıb:

BATE: 48. Denis Şerbiçki, 4. Aleksandr Filipiviç, 5. Yevgeni Yablonski, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 13. Nikolay Ciqneviç, 17. Aleksey Rios, 21. Eqor Filipenko, 22. İqor Staseviç (k), 25. Dmitri Baqa, 42. Maksim Volodko

“Qarabağ”: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 55. Bədavi Hüseynov, 77. Donald Gerye,

***

Matç başladı.

***

9-cu dəqiqədə "Qarabağ" yüz faizlik qol şansını əldə verib. Qapı qarşısına ötürülən topu Mahir Mədətov Emeqaraya doğru atıb. Emeqara isə 1 metrdə topu qapıdan keçirə bilməyib.

***

20-ci dəqiqədə "Qarabağ" müdafiəçiləri mərkəz yaxınlığında ötürmələr zamanı kobud səhv ediblər. Topu ələ keçirən İvaniç sürətli reyddən sonra topu "Qarabağ"ın qapısından keçirib - 1:0.

***

"Qarabağ" ilk hissənin sonlarına doğru tam üstünlük əldə edib. Bir neçə epizodda qol şansı əldə etsə də, dəqiqlik çatmayıb.

***

İlk hissədə başqa qol vurulmayıb və komandalar fasiləyə BATE-nin minimal üstünlüyü ilə yollanıblar.

***

İkinci hissə başladı.

***

Hücumlarını davam etdirən "Qarabağ" 54-cü dəqiqədə istəyinə çatıb. Qapı qarşısına ötürülən topu Miçel başla qapıdan keçirib. Hesab 1:1-dir.

***

77-ci dəqiqədə "Qarabağ" azlıqda qalıb. Emeqara ikinci sarı vərəqədən sonra qırmızı vərəqə ilə meydandan qovulub.

***

"Qarabağ"ın cəhdləri nəticəni dəyişməıyə kifayət etməyib. Matç 1:1 hesabı ilə başa çatıb. Beləliklə, təmsilçimiz Çempionlar Liqası ilə vidalaşıb. "Qarabağ" mübarizə Avropa Liqasında davam etdirəcək.