“Qarabağ” cəzalandı

qarabag-cezalandi
Oxunma sayı: 1082

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Topaz  Premyer Liqasının XV turunun oyunlarında baş verənlər müzakirə olunub, müvafiq qərarlar verilib.

“Qarabağ” – “Qəbələ” matçının 72-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimələnib.