“Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində! - Yenilənib+Video

qarabag-cl-in-3-cu-tesnifat-merhelesinde
Oxunma sayı: 3314

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” səfərdə “Samtredia” ilə qarşılaşır.

Bakıda keçirilən ilk oyunda 5-0 hesabı ilə inamlı qələbə qazanan Qurban Qurbanovun komandası 3-cü təsnifat mərhələsinin bir addımlığındadır.

Oyun Tiflisdə Boris Payçadze adına “Dinamo Arena” keçirilir.

***

Matç başladı.

***

22-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Donald Gerye hesabı açdı. 

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

Oyun "Qarabağ"ın qələbəsi ilə başa çatdı və komandamız növbəti mərhələyə vəsiqə qazandı. 

Qeyd edək ki, “Qarabağ” üçüncü mərhələdə “Kukesi” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların cavab oyunu sabah Albaniyada keçiriləcək. İlk görüşdə moldovanlar 1:0 hesabı ilə qələbə qazanıblar.