“Qarabağ” “Dandolk”la bərabərə qaldı - Video+Fotolar

qarabag-dandolkla-berabere-qaldi
Oxunma sayı: 11054

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda İrlandiyanın “Dandolk” klubunun qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisi üçün yaxşı başlayıb.

Belə ki, matçın 4-cü dəqiqəsində Mahir Emreli vurduğu qol sayəsində son Azərbaycan çempionunu hesabda önə keçirib. Oyunun ilk hissəsi elə bu hesabla da başa çatıb.

Qarşılaşmada ikinci qol matçın 78-ci dəqiqəsində qeydə alınıb. “Dandolk”un futbolçusu Patrik Hoban komandasının cavab qolunu vurub. Oyun elə bu hesabla da başa çatıb – 1:1.

Qeyd edək ki, komandaların cavab görüşü bir həftə sonra “Dalğa Arena”da keçiriləcək.