“Qarabağ” Danimarkaya gedir

qarabag-danimarkaya-gedir
Oxunma sayı: 646

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu keçirəcəyi Danimarkaya bu gün gedəcək.

“Qafqazinfo” xəbər verir ki, avqustun 23-də səfərdə “Kopenhagen”lə qarşılaşacaq Ağdam klubu axşam saatlarında çayter reysi ilə Kopenhagenə yola düşəcək.

Təmsilçimizin sabah axşam oyunun keçiriləcəyi stadionda məşqi nəzərdə tutulub.

Qeyd edək ki, "Kopenhagen" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.