“Qarabağ” Dino Ndlovunun ölkəsindən hücumçu alır

qarabag-dino-ndlovunun-olkesinden-hucumcu-alir
Oxunma sayı: 1397

Dino Ndlovunun gedişindən sonra hücumçu axtarışlarına başlayan “Qarabağ” Afrika qitəsindən transfer edə bilər.

“Qafqazinfo” xəbər verir ki, Cənubi Afrika Respublikasının mətbuatı Ağdam klubunun bu ölkənin “Mamelodi Sandaunz” klubunda çıxış edən Xama Billiatı heyətinə qatmaq istədiyini yazıb.

Bildirilir ki, tərəflər arasında artıq danışıqlar başlayıb və davam edir. Yaxın günlərdə məsələyə aydınlıq gələcək.