Qarabağ döyüşçüləri Türkiyənin müdafiəsinə qalxdı

qarabag-doyusculeri-turkiyenin-mudafiesine-qalxdi
Oxunma sayı: 636

Bu barədə “Qafqazinfo”ya “Qarabağ qaziləri” Birliyinin sədri Etimad Əsədov məlumat verib. Onun sözlərinə görə, Qarabağ qaziləri PKK-nın son günlərdə Türkiyədə törətdiyi ardıcıl terror hadisəsindən üzülüblər. Bəyanatda deyilir: “Biz-Azərbaycan torpaqlarının erməni təcavüzündən müdafiə edərkən sağlamlıqlarını itirib Qazi olan insanların birləşdiyi “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri olaraq qardaş Türkiyədə baş verən son terror hadisələrindən çox üzüldük. Bütün Türk dünyası kimi, bizlər də bu ağır günlərdə hüzn içindəyik!
Müharibənin, erməni terrorunun ağrı-acısını öz canlarında hiss edən və uzun illərdir bu acını yaşayan, bədənlərində daşıyan Qarabağ qaziləri dünyanın hansı yerində olmasından, səbəbindən və nəticəsindən asılı olmayaraq terroru və zorakılığı, o cümlədən terrorçu bir qurum olan PKK-nın fəaliyyətini pisləyir. Bu gün bəşəriyyətin bütün problemlərin, qarşıdurmaların, konfliktlərin danışıqlar yolu ilə həllini tələb etdiyi bir vaxtda PKK-nın günahsız insanları, uşaqları, qadınları, qocaları da hədəfə almaqla terror cinayətləri törətmələri bütün dünya dövlətləri tərəfindən də haqlı olaraq pislənilir. Demokratik, hüquqi, dünyəvi bir dövlət olan Türkiyəyə Cümhuriyyətinə qarşı terrorçu qurum olan PKK-nın belə cinayətkar və xəyanətkar davranış elə əslində yuxarıdakı bəşəri dəyərlərə münasibətdir.
Lakin PKK və digər bölücü terror təşkilatlarını maliyyələşdirən, onları istiqamətləndirən və başında duran şəxslər bilməlidir ki, belə terror aktları ilə çox əsirlik dövlətçilik ənənələri, dünyaya töhfə verən mədəniyyəti olan böyük Türk dövlətinə terrorla, zorla təzyiq edə bilməyəcəklər. İnanırıq ki, Türkiyə dövləti belə terror təşkilatlarını məhv edəcək, tarixin növbəti sınağından alnı açıq, üzü ağ çıxacaq.
“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri olaraq PKK-nın o cümlədən Türkiyədəki digər bölücü qrupların fəaliyyətini pisləyir, bütün dünya ictimaiyyətini terrora, zorakılığa qarşı birləşməyə çağırırıq!
Biz bu ağır gündə qardaş Türkiyəmizin yanındayıq, onların kədərini öz kədərimiz bilirik, onlarla birgə üzülür və acılar yaşayırıq! Əlimizdən gələn hər dəstəyi canımız Türkiyəmiz üçün etməyə hazırıq! Baş verən terror hadisəsi zamanı şəhid olanlara uca yaradandan rəhmət diləyir, yaralılara isə tez sağalmalarını arzulayırıq! TANRI TÜRKÜ QORUSUN!”