“Qarabağ” düyünə düşməkdən güclə qurtuldu

qarabag-duyune-dusmekden-gucle-qurtuldu
Oxunma sayı: 641

“Cırtdan” ölkənin təmsilçisi Bakıda elə bir futbol nümayiş etdirdi ki, “Qarabağ” nəyinki şounu unutdu, hətta bəzi anlarda qapısında qol görməmək haqqında düşünməli olurdu. Futbolçularımızın saysız-hesabsız qol vəziyyətlərini boşa vermələri isə artıq başqa söhbətin mövzusudur. Beləliklə, çoxsaylı hücumlara baxmayaraq “Qarabağ” bu oyunda rəqibin qapısına yol tapa bilmədi və matç 0:0 hesabı ilə bitdi. Hər iki oyunun nəticəsinə görə ağdamlılar növbəti mərhələyə adlamaq şansı qazandılar. Bu isə o deməkdir ki, “Qarabağ”ın növbəti rəqibi Belçikanın “Brügge” klubu olacaq.