Qarabağ əlili Eldar Sabiroğluna müraciət etdi

qarabag-elili-eldar-sabirogluna-muraciet-etdi
Oxunma sayı: 683


Bununla bağlı “Qafqazinfo”ya müraciət edən V. Əlisoy Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğluna saytımız vasitəsilə müraciət edib. V.Əlisoy bildirib prezidentin Şirvan şəhərinə səfəri zamanı Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən hərbi obyektlərini, orada işləyən fəhlələrin sayını, hansı silah növləri üçün hansı sursatların hazırlandığının dəqiq ünvanlarını demək olar ki, Azərbaycanda fəaliyyət göstərən bütün telekanallarda göstərilib: “Bu kəşfiyyat xarakterli məlumatların Azərbaycan televiziyasında göstərmək nəyə xidmət edir? Əgər hər hansı bir Azərbaycan vətəndaşı sərhəddi keçərkən bu məlumatları üzə çıxaranda o vətən xaini elan olunacaqsa, belə məlumatların açıq-aydın televiziyalarda nümayiş etdirmək nəyə lazımdır? Bu cür məsələlərə nəzarət var? Hesab edirəm ki, bu cür informasiyalardan düşmənlərimiz çox qiymətli informasiyalar əldə edirlər. Mən xahiş edirəm belə məlumatların televiziyalarda göstərilməsinə və mətbuata çıxarılmasına yasaq qoyulsun”.