“Qarabağ” futbolçuları cəbhədə - “Döyüşə hazırıq” + Fotolar + Video

qarabag-futbolculari-cebhede
Oxunma sayı: 3447

Mayın 17-də  “Qarabağ” futbol klubunun futbolçuları cəbhə bölgəsinə yollanıb.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın üzvlərini, o cümlədən İbrahim Şehiç, Elvin Yunuszadə, Maksim Medvedev, Qara Qarayev və Coşqun Diniyevi ilk olaraq N saylı hərbi hissənin komandiri general-mayor Hikmət Həsənov qarşılayıb.

Futbolçular komandirlə söhbətdə daim Qarabağ uğrunda döyüşməyə hazır olduqlarını bildiriblər. Hərbi hissə komandirinə “Qarabağ”ın Çempionlar Liqasında geyindiyi forma, şarf və top hədiyyə olunub.

Düşmənlə yaxın məsafədə yerləşən hərbi hissəyə baş çəkən futbolçular buradakı şəraitlə yaxından tanış olublar.

Sonda isə bir qrup əsgər futbolçularla birlikdə topla məharətlərini göstərib.