““Qarabağ” hakimin qurbanı oldu” - İsa Qəmbər

““Qarabağ” hakimin qurbanı oldu”
Oxunma sayı: 2721

“Oyundan öncə yazmışdım ki, Bu gün "Qarabağ"-Çelsi oyunundan möcüzə gözləməməliyik. Sadəcə inanmalıyıq ki, yüzdə bir qələbə şansı varsa, "Qarabağ" udacaq. Onda bir heç-heçə şansı varsa, "Qarabağ" heç-heçə edəcək. Qurban Qurbanova və "Qarabağ"a inanaq!”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər yazıb. Müsavat Partiyasının keçmiş başqanı qeyd edib ki, oyundan sonra da bu fikrində qalır:

“Qurban və "Qarabağ" mümkün olandan da çoxunu etdi!

Azərbaycanımızın bu qırmızılardan çəkdiyi nədir?!!

Bu gün də qırmızının və vasitəçilərin (hakimlərin) qurbanı oldu həm "Qarabağ", həm oyun, həm də azarkeşlər”.

İ. Qəmbər futbolda kartla cəzalandırılma ilə bağlı təklif də irəli sürüb: 

“Futbol mütəxəssislərinə təklifim var. Bir çox hallarda hakimlər qırmızı və sarı kartın arasında qalıb səhv (bəzən isə qərəzli) qərarlar verirlər. Xüsusən penalti olanda bir qol + bir qırmızı, vəssalam, oyun bitir.

Məncə 3-cü kart tətbiq olunmalıdır. Mübahisəli hallarda, xüsusən penalti olanda qırmızı deyil, həmin 3-cü kart verilə bilər. 3-cü kartı görən oyunçu oyunu tərk etsin, amma məşqçinin onu başqa oyunçu ilə əvəz etmək hüququ olsun.

Nəticədə qaydanı pozan oyunçu cəzalanmış olacaq, amma komanda 11 oyunçu ilə davam edəcək, oyuna maraq da davam edəcək. Yəni azarkeşlər də maraqsız oyunla cəzalandırılmış olmayacaqlar.

Bu 3-cü kart zolaqlı ola bilər, məsələn qırmızı-sarı”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi