“Qarabağ” III mərhələyə yüksəlsə, “səpələnmişlər” qrupunda qərarlaşacaq

qarabag-iii-merheleye-yukselse-sepelenmisler-qrupunda-qerarlasacaq
Oxunma sayı: 3582

Çempionlar Liqasının II təsnifat mərhələsinin Albaniyanın "Kukesi" klubu ilə üz-üzə gələcək "Qarabağ" üçün şad xəbər var. 

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu II təsnifat mərhələsini adlasa, Çempionlar Liqasının III mərhələsinin püşkatmasında "səpələnmişlər" səbətində yer alacaq. Bu isə təmsilçimizin daha aşağı reytinq xalı olan komanda ilə üz-üzə gəlməsi üçün şərait olacaq.

Buna ötən gün Litvanın "Suduva" klubunun iki oyunun nəticəsinə görə Kipr APOEL-ini mübarizədən kənarlaşdırması səbəb olub. Kipr klubunun ÇL ilə vidalaşmasından sonra "Qarabağ" III mərhələnin ən reytinqli 6 komandasından biri olub. BATE ilə eyni əmsala malik komandamız əlavə göstəricilərdə Belarus təmsilçisini qabaqlayır.

Qeyd edək ki, ÇL-in III təsnifat mərhələsinin püşkatma mərasimi iyulun 23-də İsveçrənin Nyon şəhərində keçiriləcək.