“Qarabağ” iki qol vurub uduzdu - Video

qarabag-iki-qol-vurub-uduzdu
Oxunma sayı: 9382

Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.

"Qafqazinfo" xəbər verir ki, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" ilk oyun çərçivəsində Şimali İrlandiyada "Linfild"in qonağı olub.

Oyunda hesabı Ağdam təmsilçisi açsa da, meydan sahibləri 40 və 45+1-ci dəqiqələrdə qol vuraraq fasiləyə 2:1 üstünlüklə yollanıblar. İkinci hissədə Qurban Qurbanovun komandası qapısında növbəti topu görüb. "Qarabağ" yalnız oyuna artırılmış son dəqiqədə hesab arasındakı fərqi azalda bilib. Maqaye Qeye penaltidən topu "Linfild"in qapısına göndərib. Qarşılaşma 3:2 hesabı ilə Şimali İrlandiya təmsilçisinin xeyrinə başa çatıb.

Qeyd edək ki, komandaların cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

22 avqust

Avropa Liqası

Pley-offun llk oyunları

"Linfild" (Şimali İrlandiya) - "Qarabağ" (Azərbaycan) - 3:2
Qollar: Faysal Rerras, 15 (0:1), Stafford, 40 (1:1), Leyveri, 45+1 (2:1), 74 (3:1), Maqaye Qeye, 90+3-pen. (3:2)
Baş hakim: Sandro Şerer (İsveçrə) 
"Vindsor Park". Belfast