“Qarabağ” ilk altılığa vəsiqəni rəsmiləşdirdi

qarabag-ilk-altiliga-vesiqeni-resmilesdirdi
Oxunma sayı: 656

Azerisport.az xəbər verir ki, 21-ci turda “Qarabağ” ilk altılıqda oynamaq hüququ qazanıb.

“Qarabağ” bu gün Quzanlıda “Kəpəz”i qəbul edib. 1:0 hesablı qələbə qazanan Ağdam klubu xal hesabını 35-ə yüksəldib. Bununla da “Qarabağ” 7-ci pillədə qərarlaşan komanda üçün əlçatmaz olub. Hazırda “Qarabağ”la 7-ci pillədəki “Rəvan” arasında 10 xallıq fərq var. “Rəvan” sabah “Neftçi”ni udsa belə, “Qarabağ” ilk “altılığ”ı tərk etməyəcək.

Qeyd edək ki, bundan əvvəl “Neftçi”, “Xəzər Lənkəran” və “İnter” ilk “altılığ”a vəsiqə qazanmışdı. “Turan”, “Sumqayıt”, “Kəpəz” və “Simurq”un ikinci “altılıq”da oynayacağı dəqiqdi. İlk “altılığ”a qalan iki vəsiqəyə “Bakı”, “Qəbələ”, “Rəvan” və AZAL iddia edi.