“Qarabağ”ı hakim məğlub etdi... - Fotolar+ Yenilənib

qarabagi-hakim-meglub-etdi
Oxunma sayı: 9360

Bu gün Çempionlar Liqasında V turunda “Qarabağ” Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” Avrokuboklarda növbəti mərhələyə çıxmaq şansını davam etdirmək üçün “Çelsi” qarşısında sensasiya etməyə çalışacaq.

21:00. “Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə)

Baş hakim: Manuel De Souza

Heyətlər:

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

 

“Çelsi”: 13. Tibo Kurtua, 2. Anton Rüdiger, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. Nqolo Kante, 10. Eden Azar, 11. Pedro Rodrigez, 21. Davide Zappakosta, 22. Villian, 28. Sezar Azpilikueta, 30. David Luiz

Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 6. Danni Drinkvoter, 9. Alvaro Morata, 14. Timo Bokoyako, 24. Qari Keyxil, 27. Andersen Kristensen, 66. Düjon Sterlinq

Baş məşqçi: Antonio Konte

***

Hakimin start fiti ilə matç başladı

***

13-cü dəqiqədə "Qarabağ" qola yaxın olub. Miçelin yaxın məsafədən zərbəsi dirəkdən qayıdıb.

***

20-ci dəqiqədə "Qarabağ" azlıqda qalıb. Hakim Rəşad Sadıqovun Villiana qarşı hərəkəti qayda pozuntusu kimi dəyərləndirib və qırmızı vərəqə ilə cəzalandırıb. Penalti zərbəsini Eden Azar dəqiq yerinə yetirib - 0:1

***

36-cı dəqiqədə birinci qolun "baş qəhrəmanı" Villian "Qarabağ"ın qapısından ikinci qolu keçirib.

***

71-ci dəqiqədə hakim daha bir mübahisəli qərar verib. Maksim Medvedevin cərimə meydançası kənarındakı hərəkəti penalti kimi qiymətləndirilib. 11 metrlik zərbəni Fabreqas dəqiq yerinə yetirib - 0:3.

***

85-ci dəqiqədə fərq 4 topa çatıb. Villian özünün ikinci, komandasının 4-cü qolunu vurub.

***

Matçda başqa qol olmayıb və "Qarabağ" 0:4 hesabı ilə məğlub olub.

Fotolar: Nuran Məmmədov