““Qarabağ” isə bizə xeyli problem yaratdı” - Perotti

qarabag-ise-bize-xeyli-problem-yaratdi
Oxunma sayı: 1212

Çempionlar Liqasında “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanan “Roma”nın futbolçusu Dieqo Perotti açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, matçda yeganə qolun müəllifi olan futbolçu Azərbaycan klubunun onlara problem yaratdığını bildirib:

“Birinci yerə layiq olduğumuzu göstərdim. Bunun üçün çox çalışdıq. “Qarabağ” isə bizə xeyli problem yaratdı. Onlar müdafiədə etibarlı oynayırdılar. Çox təhlükəli idi. Səbir etdik və sonda qalib gəldik. Fikrimcə, ikinci hissədə xüsusən öz oyunumuzu diktə etdik”.