“Qarabağ” Kamili təyyarəyə buraxmadı

qarabag-kamili-teyyareye-buraxmadi
Oxunma sayı: 9210

"Qarabağ"ın nümayəndə heyəti ilə İspaniyaya gedən müğənni Gülayın əri Kamil Zeynallı söyüşə görə cəzalandırılıb.

"Qafqazinfo"nun Madridə gedən əməkdaşının məlumatına görə, klub Kamili təyyarəyə buraxmayıb. Belə ki, oyundan sonra Kamilə bildirilib ki, məlum hərəkətinə görə onlarla eyni təyyarədə gedə bilməz. 

Qeyd edək ki, "Qarabağ"ın prezidenti Tahir Gözəlin dəvəti ilə "Atletiko"- "Qarabağ" oyunu izləməyə gedən Kamil Zeynallı təyyarədə futbolçuların yanında canlı yayıma qoşularaq ağır söyüşlər söymüşdü. Sözügedən hadisə sosial şəbəkədə müzakirələrə səbəb olmuşdu və izləyicilər baş verənlərə görə klubu tənqid etmişdi.

Daha sonra "İmarət" fan klubu da məlumat yayaraq klub rəhbərliyinə etiraz etmişdi.