“Qarabağ” klubu daha bir futbolçu ilə yollarını ayırdı

qarabag-klubu-daha-bir-futbolcu-ile-yollarini-ayirdi
Oxunma sayı: 650

“Qafqazinfo” Sportal.az saytına istinadən xəbər verir ki, qışda komandaya “Rəvan”dan cəlb olunan argentinalı Kristian Torreslə əməkdaşlığa son qoyulub.

Zədə səbəbindən “Qarabağ” klubuna çox az oyunda kömək edən Torres barədə Qurban Qurbanov “getsin” qərarı çıxarıb. Onunla yolların ayrıldığını Ağdam klubunun rəhbərliyi də təsdiq edib.