“Qarabağ” “Kopenhagen”lə “Atletiko”ya söz atdı - “Bizi unutmamısınız”+Foto

qarabag-kopenhagenle-atletikoya-soz-atdi
Oxunma sayı: 1982

Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının 1/16 final mərhələsinin ilk görüşləri keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, qitənin ikinci dərəcəli turnirində baş tutacaq azərbaycanlı azarkeşlər üçün maraqlı qarşılaşma “Kopenhagen”lə “Atletiko”nun qarşılaşması olacaq. 

Belə ki, hər iki komanda məhz Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ”la qarşılaşıb. Danimarka klubu pley-off mərhələsində Ağdam təmsilçisinə uduzubsa, “Atletiko” ağdamlılarla matçda itirilən xallara görə qitənin ən nüfuzlu klub turnirindən kənarda qalaraq Avroliqaya yuvarlanıb. 

Tərəflər arasında bu gün baş tutacaq oyun öncəsi “Qarabağ”ın rəsmi “İnstagram” səhifəsi qarşılaşma haqqında paylaşım edib. “Köhnə dostlar”a uğurlar arzu edən ağdamlıların səhifəsi onlara söz atmağı da unutmayıb: “Köhnə dostlar, sizə uğurlar arzu edirik. Ümid edirik ki, bu gün bizi unutmayacaqsız”.