“Qarabağ” məğlub oldu - Fotolar + Yenilənib

qarabag-meglub-oldu
Oxunma sayı: 7667

Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” səfərdə “Sportinq”in qonağı olub.

Matç Qurban Qurbanovun komandasının 0:2 hesabı ilə yekunlaşıb. 

20 sentyabr
Avropa Liqası
Qrup mərhələsi, I tur

"Sportinq" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 2:0 
Qollar: Rapinha, 54, Cabral, 88

***

Komandalar meydana aşağıdakı tərkibdə çıxıblar:

“Sportinq”: 19. Romen Salin, 4. Sebastyan Koates, 9. Markos Akuna, 13. Stefan Ristovski, 22. Jeremi Matye, 8. Bruno Fernandes,  86. Nemanya Qudel, 16. Rodriqo Battalya, 10. Fredi Montero, 17. Luis Nani (k), 21. Rafinya,

Ehtiyat oyunçular: 40. Renan Ribeyro, 6. Andre Pinto, 18. Karlos Mane, 23. Abdulay Diabi, 25. Radosav Petroviç, 76. Bruno Qaspar, 77. Covane Kabral.

“Qarabağ”: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye, 91. Coşqun Diniyev, 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov,

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 25. Ansi Aqolli,  30. Abbas Hüseynov, 8. Miçel, 9. Araz Abdullayev,  28. Con Delar

***

Matç başladı.

***

10-cu dəqiqədə "Qarabağ" real qol şansını əldən verib. Rəqib cərimə meydançasının yaxınlığında güclü pressinqdən sonra top Emeqaranın ayağına düşüb. O, qapıçı ilə üz-üzə qalsa da, qol şansından yararlana bilməyib.

***

Oyunda 25 dəqiqə geridə qaldı və hələlik hesab açılmayıb. "Qarabağ" güclü rəqibinə qarşı cəsur futbol oynayaraq rəqib qapısı qarşısında tez-tez təhlükələr yaradır.

***

40 dəqiqənin tamamında "Qarabağ"ın qapısı qarşısında böyük təhlükə yaşanıb. Sol cinahdan ötürməni "Sportinq"in moyunçusu Fredi Montero dabanla qapıya istiqamətləndirib. Lakin, "Qarabağ"ın qapıçısı Vaqner sayıqlığını itirməyərək topu tuta bilib.

***

İlk hissə qolsuz başa çatıb. Komandalar fasiləyə yollanıblar.

***

İkinci hissə başladı.

***

"Sportinq" bu hissəyə daha sürətli başlayıb. Bir neçə epizodda "Sportinq" futbolçuları ofsayda düşdükləri üçün "Qarabağ" qapısı qarşısında ciddi təhlükə yaşanmayıb.

***

54-cü dəqiqədə hesab açılıb. Naninin sağ cinahdan yerlə ötürməsi zamanı müdafiəçilərin yalnız buraxdığı Rafinya topu qapıdan keçirib. "Sportinq" 1:0 öndədir.

***

62-ci dəqiqədə "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev zədələnərək meydanı tərk edib. Onun yerinə Abbas Hüseynov daxil olub.

Ondan başqa, Miçel Coşqun Diniyevin, Araz Abdullayev isə Zubirin yerinə oyuna daxil olub.

***

88-ci dəqiqədə hesab 2:0 oldu. Qoldan iki dəqiqə öncə Naninin yerinə oyuna daxil olan Covane Kabral fərqlənib.

***

Matçda başqa qol vurulmayıb və "Sportinq" 2:0 hesabı ilə qalib gəlib.