“Qarabağ” milli üzvündən imtina etdi

qarabag-milli-uzvunden-imtina-etdi
Oxunma sayı: 5632

“Qarabağ” transfer hədəfində olan Cənubi Afrika Respublikasının “Maritsburq Yunayted” klubunun vingeri Lebohanq Maboe ilə bağlı qərar verib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu 23 yaşlı futbolçunu transfer etməkdən imtina edib. CAR təmsilçisi Maboeyə 500 min avro qiymət qoyub. Bu məbləği isə "Qarabağ" ödəmək istəməyib. Bu barədə Cənubi Afrika Respublikasının mətbuatı yazıb. Xəbərdə "Qarabağ"ın braziliyalı hücumçu ilə güclənəcəyi qeyd edilib.

Maboe Cənubi Afrika Respublika millisinin üzvüdür.