“Qarabağ münaqişəsində müsbət impulslar var” - Amerikalı səfir

qarabag-munaqisesinde-musbet-impulslar-var
Oxunma sayı: 1534

“Ermənistan və Azərbaycan hökumətləri arasında əlaqələr prosesi ruhlandırıcıdır”.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi deyib: “Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin yüksəksəviyyəli görüşü nəticəsində təmas xəttində sakitçiliyin və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət impulsların şahidi oluruq”.

Treysi Paşinyanla Əliyevin ATƏT-in Minsk qrupu formatında görüşlərinin olub-olmayacağı barədə hər hansı məlumata malik olmadığını bildirib.