“Qarabağ” “Neftçi” ilə bacarmadı - Video

qarabag-neftci-ile-bacarmadi
Oxunma sayı: 2181

Bu gün Topaz Premyer Liqasında 26-cı tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son matçında “Qarabağ” öz meydanında “Neftçi”ni qəbul edib.

Matçın taleyini bir qol həll edib. 37-ci dəqiqədə Rəhman Hacıyev “Neftçi”yə 3 xal qazandıran qola imza atıb. “Bu qələbədən sonra “ağ-qaralar” 3-cü pillədəki “Sumqayıt”la xallarını bərabərləşdirib.

Xatırladaq ki, “Qarabağ” daha öncə çempionluğunu rəsmiləşdirmişdi.