“Qarabağ” “Neftçi”ni məğlub edə bilmədi

qarabag-neftcini-meglub-ede-bilmedi
Oxunma sayı: 2673

 Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun yekun oyununda  "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gəlib.

“Qafqazinfo” xəbər verir ki, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu oyunun  28-ci dəqiqəsində “Neftçi”nin oyunçusu Kvame Karikari vurub. 70-ci dəqiqədə isə “Qarabağ”ın hücumçusu İnnosent Emeqara fərqlənib.

Bununla da xalları 7-yə çatan “Neftçi” liderliyini davam etdirib. “Qarabağ” isə 4 xalla 4-cü pilləyə yüksəlib.