“Qarabağ” növbəti mərhələdə - Fotolar

qarabag-novbeti-merhelede
Oxunma sayı: 7720

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə 1:0 hesabıyla məğlub etdiyi Sloveniya çempionu “Olimpiya”nı bu dəfə doğma meydanda sınağa çəkib.

Oyunda hesab açılmayıb. Bu nəticə ilə təmsilçimiz növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, "Qarabağ" 2-ci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
18 iyul

21:00. Qarabağ - Olimpiya
Hakimlər: Erez Papir, David Elias Bitton, Eliyahu Kasapu, David Fuxman (hamısı İsrail).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

***

Matç başladı.

***

Görüşün ilk 10 dəqiqəsində qapılar qarşısında ciddi qol təhlükəsi yaşanmayıb.

***

İlk hissənin ortalarından etibarən "Qarabağ" rəqibi üzərində tam üstünlüyünü qurub. Lakin, cəhdlər hələlik nəticə verməyib.

***

41-ci dəqiqədə "Qarabağ"ın heyətində məcburi əvəzetmə olub. Dani Kintana zədələnərək yerini Filip Ozobiçə buraxıb.

***

İlk hissədə hesab açılmayıb və komandalar fasiləyə yollanıb.

***

İkinci hissə başladı.

***

İkinci hissəyə daha istəkli başlayan "Qarabağ" hücumlarını artırıb. 59 və 64-cü dəqiqələrdə rəqib qarşısında qol epizodu yaransa da, hesab yenə də açılmayıb.

***

Matçda hesab açılmayıb. Beləliklə, "Qarabağ" səfərdə qazandığı 1-0 hesablı qələbə sayəsində növbətə mərhələyə yüksəlib. Komandamızın növbəti rəqibi Albaniyanın "Kukesi" klubu olacaq.

Fotolar: Pərvin Zeynal