“Qarabağ” onu satır?” - “Sportinq”in baş məşqçisi

qarabag-onu-satir
Oxunma sayı: 4276

Portuqaliyanın “Sportinq” klubunun baş məşqçisi Joze Pezeyru Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a evdə 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

“Qafqazinfo” Sport24.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk hissədə tam istədikləri səviyyədə oynaya bilmədiklərini bildirib: 

"Ancaq fasilədən sonra sürəti artırdıq və pressinqdən sonra hesabda irəli çıxdıq. Ardından cinahlarda yükənməni davam etdirdik və 2-ci qolu da vurduq. Bu sadəcə, ilk oyundu və qazandığımız 3 xaldı. Əlbəttə, qrupda qalib olmaq, növbəti mərhələyə çıxmaq istəyirik. Ancaq mübarizə yeni başlayıb, hər şey irəlidədi".

Pezeyru təmsilçimizin heyətində fərqlənən futbolçular olduğunu söyləyib:

"Qarabağ"da təkcə Donald Gerye yox, Miçel Madera və digər yaxşı futbolçular var. Əlbəttə, Gerye ən yaxşılardandı. "Qarabağ" onu satır?".