“Qarabağ” pley-offa çıxmağımıza kömək etdi” - “Roma”nın baş məşqçisi

qarabag-pley-offa-cixmagimiza-komek-etdi
Oxunma sayı: 1809

“Roma”nın baş məşqçisi Eusebio di Françesko Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində “Qarabağ”a evdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfrası keçirib.

“Qafqazinfo”  xəbər verir ki, italiyalı mütxəəssis jurnalistlərin suallarını cavablandırıb.

- Komandanızın o qədər də baxımlı oyun göstərmədi. Bunu nəzərə alaraq təəssüratlarınızı bilmək istərdik.

- Xüsusi bir təəssüratım yoxdu. Futbolçular bu qələbəni çox istəyirdi. İlk hissədə elə də yaxşı oynamadıq. Fasilədən sonra isə hücumlarımızın kəsərini artıraraq qol istəyimizə çatdıq. Artıq 1/8 finaldayıq və daha böyük hədəflər haqqında düşünməliyik. Bundan sonra daha çox çalışacaq və istəkli olacağıq. "Atletiko" kimi komandanı yarışdan kənarda qoymaq, "Çelsi"ni qabaqlayaraq qrupda 1-ci yeri tutmaq "Roma" adına böyük hadisədi.

- Sol cinahınız hücumların qurulmasında daha yaxşı çıxış edir. "Roma"nın sol cinahını Avropanın ən yaxşılarından hesab etmək olarmı?

- Bu cinahdakı futbolçular bir-birilərini yaxşı başa düşürlər. Bundan razıyam. Amma daha çox qol görmək istəyirəm. Əldə ediləndən daha çoxuna nail olmaq fikrindəyik.

- Qurban Qurbanovun mətbuat konfransında "Sky Sport"un əməkdaşı canlı yayıma qoşularaq məşqçinin sözünü bir neçə dəqiqəlik kəsdi. Eyni halla Bakıda üzləşsəydiniz ,münasibətiniz necə olardı?

- Mənə verilən bütün suallara həmişə cavab verməyə çalışıram. Futbolla bağlı bütün suallarınızı cavablandırmağa hazıram. Amma futboldankənar, şəxsi planda sualları cavablandırmağa çətinlik çəkirəm.

- Sabah 1/8 final mərhələsinin bütün iştirakçıları məlum olacaq. "Roma"nın "Bavariya" və "Real" kimi rəqiblərlə qarşılaşmaq ehtimalı var. Belə rəqiblərdən qorxmursunuz?

- Heç bir rəqibdən qorxmuruq. Hansısa komandadan çəkinəsi olsaq, bunadək dediklərimin heç bir mənası olmazdı.

- Bakıda və Roma qarşılaşdığınız iki "Qarabağ" arasında hansı fərqləri gördünüz? Ümumiyyətlə, ÇL-nın debütantının çıxışı haqqında nə deyə bilərsiniz?

- "Çelsi" ilə oyunu çıxmaq şərtilə “Qarabağ” yaxşı oyun göstərdi. Layiqli rəqib idi. Xüsusilə, “Atletiko”ya  daha yaxşı oynadı və pley-ofa çıxmağımıza bir növ kömək etdi.