“Qarabağ problemini həll edəcək güc Rusiyadır” - Ərdoğan

qarabag-problemini-hell-edecek-guc-rusiyadir
Oxunma sayı: 2589

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Soçi səfəri öncəsi jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan həmkarları Həsən Ruhani və Vladimir Putinlə əsas müzakirə mövzusunun Suriya olacağı səfərdə Dağlıq Qarabağ məsələsinin də müzakirədən kənarda qalmayacaını vurğulayıb:

“Ötən gedişimdə Dağlıq Qarabağı müzakirə etmişdik. Bununla əlaqədar da cənab Putin əlindən gələni etməyə çalışdığını söyləmişdi. Mən bu 5 rayon məsələsində daha həssas olmalarını istəyirəm. Çünki artıq müddət 30 ilə doğru gedir. Bu işi bu bölgədə həll edəcək güc Rusiyadır. Bu gün yenə üçlü görüş olduğu üçün fürsət tapan kimi təkrar gündəmə gətirəcəm. Çünki Dağlıq Qarabağ bizim də xüsusi məsələmizdir. Bunu kənarda qoymarıq”.