Qarabağ qaziləri İlham Əliyevə minnətdarlıq etdilər

qarabag-qazileri-ilham-eliyeve-minnetdarliq-etdiler
Oxunma sayı: 1226


Bununla bağlı “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri birgə açıqlama yayıblar. Açıqlamada deyilir: “Dünən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə yaşayan 11 min Qarabağ əlilinə şamil olunan çox mühüm bir fərman imzalandı. Biz bu fərmanı gözləyirdik. Cənab prezidentə bu fərmana görə dərindən minnətdarlığımızı bildiririk. Heç kəsə sirr deyil ki, əsası hələ ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Qarabağ əlilləri, şəhid ailələrinə, müharibə veteranlarına diqqət və qayğı, onun ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bundan sonra da Qarabağ əlilləri, şəhid ailələrinə və müharibə veteranlarına diqqət və qayğının artırılacağına, bu qəbildən olan insanların vacib problemlərinin həll olunacağına əminik. Biz bu problemlərin həllində Azərbaycan dövlətinə, onun prezidenti və Ali Baş Komandanımız İlham Əliyevə güvənirik.”

Müraciətdə son zamanlar Azərbaycanda aparılan əsaslı kadr islahatının da öz bəhrəsini verdiyi vurğulanıb. Buna misal kimi Qarabağ qaziləri ötən il Azərbaycan Respublikasının əmək və əhalinin Sosial Müdafiəsi naziri təyin olunmuş Səlim Müslümovun qısa zaman ərzində səmərəli fəaliyyətini misal kimi göstəriblər.

Xatırladaq ki, Qarabağ qaziləri bu ilin yanvar ayında Qarabağ əlillərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinə müraciət etmişdi. Həmin müraciətdə müharibə insanlarını narahat edən problemlərlə bağlı prezidentdən bir sıra xahiş etmişdilər. Bunun ardınca onlar müxtəlif dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirmiş, problemlərin həlli yolları müzakirə etmişdilər.