Qarabağ qazisi ev istəyir

qarabag-qazisi-ev-isteyir
Oxunma sayı: 643

“Qafqazinfo”ya müraciət edən M. Məmmədov çox çətin şəraitdə yaşadığını, əlil arabasına məhkum olduğunun və bacısınınn evində sığınacaq tapdığını deyir: “Əvvəllər əlillər evində yaşayırdım. Sonra oranı da sökdülər, bax belə evsiz-eşiksiz qaldıq”.

M. Məmmədov bildirib ki, 10 il ərzində ona mənzil verilmədiyi üçün məhkəməyə də müraciət edib: “Mənzillə təmin olunmaq üçün 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etdim. Məhkəmə iddianı təmin etsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çıxarılan qərarı icra etmir. Mənə ev verməməyi onunla əsaslandırırlar ki, Xətai rayonunda əlillər üçün evlər tikilmir, nə vaxt tikilsə onda sənə ev verərik”.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov saytımıza açıqlamasında bildirib ki, həmin şəxs Xətai rayonunda siyahıdadır və ev növbəsində 65-ci sıradadır: “Xətai rayonunda artıq bina tikitisi üçün torpaq sahəsi ayrılıb. Bina hazır olduqdan sonra vətəndaş evlə təmin olunacaq”.

Gülnar