Qarabağ qazisinin cənazəsi Göy məscidə gətirilib- - Fotolar+Video

qarabag-qazisinin-cenazesi-goy-mescide-getirilib-
Oxunma sayı: 6201


“Qafqazinfo” xəbər verir ki, "Deyerler.org"un əməkdaşının verdiyi məlumata görə, artıq qazinin cənazəsi Göy məscidə meyid qüslu verilməsi üçün aparılıb. Qazinin cənazisini yaxınlarının etirazına baxmayaraq tez bazar xəstəxanadan uzaqlaşdırıblar. Xəstəxana önünə isə qazinin yaxınları ilə yanaşı xeyli sayda Qarabağ qazisi toplaşıb.

Qeyd edək ki, bir neçə gün üzləşdiyi haqsızlıqlara etiraz etmək məqsədi ilə Azərbaycan Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov bu gün axşam saatlarında müalicə olunduğu 5 saylı şəhər klinikasında koma vəziyyətinə düşüb. O, deputat Səttar mehbalıyev tərəfindən obyektinin əlindən alınmasına etiraz olaraq özünü yandırıb.

***

Zaur Həsənovun cənazəsi dekabrın 29-da qayınatasının Lökbatandakı evindən qaldırılacaq. Mərhumun cənazəsi isə doğulduğu Bibiheybət kəndində dəfn olunacaq. Dəfn mərasimi saat 14:00-da başlayacaq.