“Qarabağ” “Qəbələ”ni 3 qolla məğlub etdi

qarabag-qebeleni-3-qolla-meglub-etdi
Oxunma sayı: 2087

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

"Qafqazinfo" xəbər verir ki, günün ilk matçında "Keşlə" "Sabah"ın qonağı olub. Qarşılaşma Tərlan Əhmədovun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün növbəti matçında isə "Qarabağ" "Qəbələ" ilə üz-üzə gəlib. Ağdam təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura avqustun 26-ı keçiriləcək “Zirə” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

25 avqust

18:45. “Sabah” – “Keşlə” - 0:1
Qol: Vüsal İsgəndərli, 45

Qırmızı vərəqə: Sezar Meza Kolli, 74- iki sarı vərəqə ("Keşlə")
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
“Bank Respublika Arena”

21:00. “Qarabağ” – “Qəbələ” - 3:0 
Qollar: Riçard Almeyda, 61-pen. Maqaye Qeye, 63, Abdullah Zubir, 79
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev
“Azersun Arena”