Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, turun son matçında “Qarabağ” “Qəbələ”ni qəbul edib.
Ağdam təmsilçisi başdan sona qədər üstün oynadığı matçda rəqibini 4:1 hesabı ilə darmadağın edib.
Bununla da xalını 10-a yüksəldən və bir oyunu ehtiyatda olan “Qarabağ” ikinci pillədədir. “Qəbələ” isə 4 xalla 6-cı yerdə qərarlaşıb.
“Qarabağ” - “Qəbələ” - 4:1
Qollar: Abdullah Zubir, 30 (1:0), Araz Abdullayev, 45+1 (2:0), Con Delarj, 61 (3:0), Abdullah Zubir, 72 (4:0), Rasim Ramaldanov, 90 (4:1)
Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 90+2 (“Qəbələ”)