“Qarabağ” “Qəbələ”ni məğlub etdi - Video+ Yenilənib

qarabag-qebeleni-meglub-etdi
Oxunma sayı: 4593

Bu gün Azərbaycan Premyer Liqasının 11-ci turunun mərkəzi qarşılaşmasında “Qəbəl” öz meydanında “Qarabağ”ı qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, hazırda 5-ci pillədə yer alan “Qəbələ” son oyunlarda əldə etdiyi uğurlu seriyanı davam etdirmək niyyətindədir. Əyalət təmsilçisi son 3 oyunda 7 xal toplayıb.

İkinci pillədəki “Qarabağ” isə lider “Neftçi”nin xal itirdiyi turu 3 xalla başa vuraraq 6 xallıq fərqi azaltmağa çalışacaq.

Qeyd edək ki, bu komandalar indiyədək 48 dəfə qarşılaşıb. “Qəbələ” 11 dəfə, “Qarabağ” isə 20 dəfə qalib gəlib. 17 oyun isə bərabərə bitib. “Qəbələ”nin 42 qoluna qarşı “Qarabağ” 59 qol vurub.

“Qəbələ” - “Qarabağ” oyunu saat 17:30-da başlayacaq.

***

Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

“Qəbələ”: 30. Aqil Məmmədov, 3. Voislav Stankoviç, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 4. Elvin Camalov, 18. İlqar Qurbanov, 27. Bəhlul Mustafazadə, 14. Cavid Hüseynov (k) 17. Ceyms Adeniyi,  21. Atakora Lalavele,  28. Stiven Monroz 

Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı 35. Murad Popov 7. Roman Hüseynov 5. Rasim Ramaldanov 8. Qismət Alıyev 10. Rauf Əliyev 11. Asif Məmmədov 26. Faiq Hacıyev 32. Amin Seydiyev 79. Əli Sadıxov 88. Sabien Lilay 99. Abbas Ağazadə

“Qarabağ”: 1. Hannes Halldorsson,  55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k) 8.  30. Abbas Hüseynov, 2. Qara Qarayev,  17. Abdullah Zubir, Markos Madera,  19. Filip Ozobiç, 11. Mahir Mədətov,  7. İnnosent Emeqara 

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev 13. Vaqner Da Silva 6. Simeon Slavçev 9. Araz Abdullayev 10. Dani Kintana 14. Rəşad Sadıqov 21. Hacıağa Hacılı 25. Ansi Aqolli 28. Con Delarj 52. Yakub Jezniçak 77. Donald Gerrye 91. Coşqun Diniyev

***

Matç başladı.

***

Oyunda son 30 dəqiqə geri qalsa da, hesab hələ açılmayıb.

***

Ceyms Adeniyi 33-cü dəqiqədə fərqlənir. “Qəbələ” 1:0 hesabı ilə öndədir.

***

Komandalar fasiləyə yollandı.

***

İnnosent Emeqara 47-ci dəqiqədə komandasına qol qazandırdı.

***

Miçel 64-cü dəqiqədə vurduğu qolla “Qarabağ”ı qələbəyə doğru aparır.

***

Filip Ozobiç 69-cu dəqiqədə 3-cü qolu vurdu.

***

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitdi.