“Qarabağ” “Qəbələ”yə qarşı

qarabag-qebeleye-qarsi
Oxunma sayı: 1775

Bu gün Topaz Premyer Liqasının V turunun son oyunları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyunda “Keşlə” doğma meydanda “Sumqayıt” komandasını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Turun mərkəzi görüşü “Azərsun Arena”da baş tutacaq. Son çempion “Qarabağ” “Qəbələ” ilə üz-üzə gələcək. Əliyar Ağayevin idarə edəcəyi matç saat 20:30-da start götürəcək.