“Qarabağ” “Qəbələ”yə qarşı - Mövsümün son oyunu

qarabag-qebeleye-qarsi
Oxunma sayı: 1100

Bu gün Topaz Premyer Liqasında 2017/18 mövsümünə yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, mövsümün son matçında bir neçə tur öncə çempionluğunu rəsmiləşdirmiş “Qarabağ” gümüş medallara sahib çıxan “Qəbələ” ilə qarşılaşacaq. 

Əslində bu oyun Qəbələdə keçirilməli idi. Lakin bu görüşdən sonra qalib və mükafatçıların təltif olunması nəzərdə tutulduğundan “Qarabağ” öz stadionunda “qonaq olacaq”.

Topaz Premyer Liqası
28-ci tur
21 may

“Qəbələ” - “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “Azersun Arena”, 19:00.

Turun digər oyunları: “Səbail” - “Keşlə” 0:1, “Kəpəz” - “Neftçi” 1:2, “Sumqayıt” - “Zirə” 1:2.