““Qarabağ” qurbanlarının qarşılaşması” - “Marca”

qarabag-qurbanlarinin-qarsilasmasi
Oxunma sayı: 1557

Avropa Liqasının 1/16 final mərhələsində sabah “Atletiko” “Kopenhagen”in qonağı olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu qarşılaşma üçün məşhur “Marca” nəşri maraqlı başlıqla yazı dərc edib.

İspaniyalı həmkarlarımızı matçı ““Qarabağ”ın qurbanlarının qarşılaşması” başlığı ilə təqdim edib.

Yazıda Ağdam klubunun “Atletiko”nu Çempionlar Liqasının qrup mərhələsinə çıxmasına mane olduğu vurğulanıb. Hər iki klubun ÇL-də uğursuzluğa düçar olmasında “Qarabağ”ın rolu olduğu vurğulanıb.

Qeyd edək ki, "Qarabağ" ÇL-in qrup mərhələsində "Atletiko" ilə hər iki matçda heç-heçə (0:0; 1:1) edib. Ağdam klubu ÇL-in pley-off mərhələsində isə  "Kopenhagen"i səfərdə vurulan qolla (1:0; 1:2) keçərək, tarixində ilk dəfə qrup mərhələsinə düşüb.