“Qarabağ” Qurbanovla yollarını ayırdı

qarabag-qurbanovla-yollarini-ayirdi
Oxunma sayı: 983

“Qarabağ”dan ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib. 

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi İlqar Qurbanov yola salınıb.
 
Onunla yeni müqavilə imzalamağa ehtiyac duymayan rəhbərlik futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. Bununla da Boyan Şaranov və Vüqar Nadirovdan sonra İlqar Qurbanov komandadan gedən 3-cü oyunçu olub.
 
Qeyd edək ki, 2011-ci ildən “Qarabağ”ın şərəfini qoruyan İlqar Qurbanov bu müddətdə 144 oyunda iştirak edib, 6 qolla yadda qalıb.