““Qarabağ” Qvardiolanın “Barselona”sını xatırladır”

qarabag-qvardiolanin-barselonasini-xatirladir
Oxunma sayı: 1265

“Qarabağ” dünən Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ilk oyununu keçirdi. “Qafqazinfo” xəbər verir ki, Rusiyanın “Kuban” klubuyla qarşılaşan Qurban Qurbanovun yetirmələri matçdan 2:2 hesablı heç-heçə ilə ayrıldı.

Rəqib komandanın hər iki qolunun müəllifi olan Nikita Malyarov oyundan sonra “Kuban”ın rəsmi saytına açıqlama verib. 29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin ünvanına xoş sözlər səsləndirib:

“Rəqib yaxşı komanda idi. Onlar Çempionlar Liqasında çıxış ediblər. “Roma”, “Çelsi”, “Atletiko” kimi komandaların yer aldığı qrupda 2 xal toplayıblar. Maraqlı oyun tərzləri var. Bizim üçün bu komanda ilə oynamaq çətin idi. Xüsusilə, ilk hissədə. Xosep Qvardiolanın “Barselona”sı kimi tiki-taka futbolu oynayırdılar. Onlarla qarşılaşmaq xoş idi. Nəticəni qənaətbəxş hesab edirəm. Oyunda iki qol vurdum. Birini penaltidən, digərini isə cərimə zərbəsindən. Şübhəsiz, qol vurmağımda komanda yoldaşlarımın da böyük rolu oldu. Qalib gəlmək istəyirdik, ancaq alınmadı. Bu, bizim Antalyada ilk oyunumuz idi. Cəmi 6 gündü burdayıq və ilk oyunumuzu bu cür güclü rəqibə qarşı keçirmək çətin idi. Ancaq komanda yaxşı təsir bağışladı. Hər şey daha yaxşı olacaq”.