“Qarabag” Rəşadsız oynayacaq

qarabag-resadsiz-oynayacaq
Oxunma sayı: 647

ANS PRESS-in “Qarabağ” futbol klubuna istinadən verdiyi məlumata görə, komandamız Bakıda səhər məşq etdikdən sonra “Bakı - İstanbul – Brüssel” reysiylə Belçikaya yollanıb.

Komanda 19 futbolçuyla səfərə yollansaq da qardaşının vəfatıyla əlaqədar olaraq Rəşad Sadiqov İstanbuldan Bakıya dönüb. “Qarabağ” Brüsselə yerli vaxtla 21:35-də çatıb. Avtobusla Brüjə yollanan komandamız “NH Brügge” otelində məskunlaşıb.

Futbolçular axşam yeməyindən sonra istirahətə yollanıblar. “Qarabağ”ın sabah 20:30-da oyunun keçiriləcəyi stadionda məşqə çıxacağı gözlənilir.

Qeyd edək ki, “Brugge” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə 23:30-da start götürəcək.