“Qarabağ” rumınlarla bərabərə qaldı

qarabag-ruminlarla-berabere-qaldi
Oxunma sayı: 824

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” ikinci yoxlama matçını keçirib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi “Səbail”in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Krayova” (Rumıniya) ilə qarşılaşıb.

Qarşılaşma qolsuz başa çatıb – 0:0.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.