“Qarabağ” “Sarayevo”ya uduzdu

qarabag-sarayevoya-uduzdu
Oxunma sayı: 1309

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bosniya və Herseqovinanın “Sarayevo” klubuyla qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.

Xatırladaq ki, “Sarayevo” ilə matç “Qarabağ”ın Antalya toplanışı çərçivəsində 5-ci oyunu olub. “Köhlən atlar” daha öncə Rusiyanın “Kuban” (2:2), Polşanın “Lexiya” (1:1), Makedoniyanın “Şkupi” (0:0) və Ukraynanın “Mariupol” klublarıyla (2:3) qarşılaşmışdı.

"Qarabağ" - "Sarayevo" - 0:2

"Qarabağ": Anton Kanibolotski, Əsgər Hüseynov, Yakub Jezniçak, Arif Daşdəmirov, Ansi Aqolli, Donald Gerrye, Nicat Süleymanov, Ağabala Ramazanov, Miçel, Pedro Enrike, Dani Kintana.