“Qarabağ” “Səbail”ə, “Neftçi” “Zirə”yə qarşı

qarabag-sebaile-neftci-zireye-qarsi
Oxunma sayı: 829

Bu gün Topaz Premyer Liqasında 17-ci tura start veriləcək. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Turun açılış oyununda debütant “Səbail” “Qəbələ”ni qəbul edəcək.

Günün digər matçında isə iki paytaxt təmsilçisi - “Zirə” və “Neftçi” üz-üzə gələcək.

Topaz Premyer Liqası
17-ci tur
24 fevral

16:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, İnqilab Məmmədov.
Bakı. “Bayıl Arena”.

18:00. “Neftçi” - “Zirə”
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Nahid Əliyev, Rəvan Həmzəzadə.
8-ci km stadionu.

Turun digər oyunları sabah keçiriləcək: “Keşlə” - “Sumqayıt”, “Qarabağ” - “Kəpəz”.