“Qarabağ” “Səbail”ə, “Zirə” “Keşlə”yə qarşı

qarabag-sebaile-zire-kesleye-qarsi
Oxunma sayı: 1435

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tura start veriləcək. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Öncə “Bayıl Arena”da “Səbail”lə “Qarabağ” üz-üzə gələcək. Aftandil Hacıyevin çalışdırdığı paytaxt təmsilçisi ilk turda səfərdə “Qəbələ”yə böyük hesabla uduzduğundan, bu oyunda ilk xal və ya xallarını qazanmağa çalışacaq. Son ölkə çempionu “Qarabağ” isə yeni mövsümdə ilk matçına çıxır. Avrokuboklardakı çıxışına görə ilk turda “Zirə” ilə oyununun təxirə salınmasını istəyən Ağdam təmsilçisi yeni mövsümə uğurlu start verməyi hədəfləyib.

Günün digər matçında paytaxt derbisi baş tutacaq. “Zirə” “Keşlə” ilə üz-üzə gələcək. Zirəlilər üçün də bu, yeni mövsümdə ilk matçdı. “Keşlə” isə ötən tur “Sabah”dan aldığı məğlubiyyəti unutdurmaq istəyindədi.

Topaz Premyer Liqası

2-ci tur

18 avqust

“Səbail” – “Qarabağ”

Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.

Bakı. “Bayıl Arena”, 18:30.

“Zirə” – “Keşlə”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Rauf Cabbarov.

Bakı. “AZAL Arena”, 20:30.

Turun digər oyunları sabah keçirləcək: Neftçi - Qəbələ, Sabah – Sumqayıt.