“Qarabağ” səfərə yollandı - 4 futbolçu aparılmadı

qarabag-sefere-yollandi
Oxunma sayı: 2712

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" pley-off mərhələsində "Linfild"lə keçiriləcək ilk oyun üçün Şimali İrlandiyaya gedib.

"Qafqazinfo" xəbər verir ki, Ağdam klubu saat 20:30-da ölkəmizi tərk edib. Komanda paytaxt Belfasta çarter reysi ilə gedəcək və təqribən 6 saatlıq yol qət edəcək.

Sarı vərəqə cəzalıları - Riçard Almeyda və Rahil Məmmədov, zədəlilər - Bədavi Hüseynov və Filip Ozobiç Şimali İrlandiyaya aparılmayıb.

Qeyd edək ki, "Linfild" - "Qarabağ" matçı avqustun 22-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.