“Qarabağ” – “Sevilya” matçına nə qədər bilet satılıb?

qarabag-sevilya-matcina-ne-qeder-bilet-satilib
Oxunma sayı: 2359

Sabah UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda baş tutacaq “Qarabağ” – “Sevilya” matçı üçün satışa çıxarılan biletlər tükənmək üzrədir.

“Qafqazinfo” xəbər verir ki, 30 min biletdən yalnız 500 bileti sahibinə qovuşmayıb. 

Qalan biletlər isə artıq satılıb. 

Qeyd edək ki, “Qarabağ” – “Sevilya” matçı sabah saat 20:55-də start götürəcək.