“Qarabağ” son matçında məğlub oldu - Yenilənib

qarabag-son-matcinda-meglub-oldu
Oxunma sayı: 6051

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start veriləcək.

“Qafqazinfo”  xəbər verir ki, Azərbaycanın təmsilçisi “Qarabağ” ÇL-də  sonuncu oyununa çıxacaq.

Ağdam klubu İtaliyada “Roma”nın qonağı olacaq. 

Qrupdan çıxmaq şansını itirən komandamız üçün bu oyun formal xarakter daşısa da, romalılar üçün əhəmiyyəti böyükdür. “Canavarlar” 1/8 finala çıxmaq üçün  qələbə qazanmalıdır. Çünki meydan sahibləri xal itirsə, qrupdan çxımaq üçün “Çelsi”nin “Atletiko”ya qalib gəlməsinə ümid etməlidir.

Qeyd edək ki, “Roma” ilə “Qarabağ” arasında Bakıda keçirilən görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası, Qrup mərhələsi, VI tur

C qrupu

23:45. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan)

***

Komandaların heyətləri açıqlanıb:

“Roma”: 1. Alisson Bekker, 4. Radja Nainqqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele de Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas, 92. Stefan Əl-Şaravi

Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 15. Hektor Moreno, 21. Maksim Qonalons, 30. Gerson

Baş məşqçi: Eusebio de Françesko

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

***

Hakimin start fiti ilə matç başladı.

***

Matçın ilk hissəsi "Roma"nın üstünlüyü şəraitində keçib. Şehiç bir neçə epizodda "Qarabağ"ı qoldan xilas edib. Tərəflərin cəhdlərinə baxmayaraq ilk hissədə qol vurulmayıb.

***

53-cü dəqiqədə Dieqo Perotti "Roma"nı hesabda önə keçirib.

***

Matçda başqa qol vurulmayıb və "Roma" 1-0 hesabı ilə qalib gəlib.

"Qarabağ" ilk dəfə çıxdığı Çempionlar Liqasının qrup mərhələsini 2 xalla başa vurub.

11 xal toplayan "Roma" və "Çelsi" növbəti mərhələyə yüksəlib. 7 xalı olan "Atletiko Madrid" isə Avropa Liqasına vəsiqə qazanıb.