“Qarabağ” Sumqayıtda çempion oldu - Yenilənib

qarabag-sumqayitda-cempion-oldu
Oxunma sayı: 4956

Topaz Premyer Liqanın 24-cü turunun bu gün saat 19.00-da başlanacaq “Sumqayıt” – “Qarabağ” oyunu üçün heyətlər açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, komandalar oyuna aşağıdakı tərkibdə çıxacaqlar:

“Sumqayıt”: 1. Fərhad Vəliyev (k), 2. Rail Məlikov, 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 77. Elnur Abdullayev

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 10. Cavid İmamverdiyev, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 32. Rəşad Eyubov, 39. Tural Bayramlı, 70. Ülvi İsgəndərov

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 77. Donald Qerye, 90. Ramil Şeydayev, 99. Dani Kintana

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 24. Nihad Tomarov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev

Qeyd edək ki, Ağdam təmsilçisi “Sumqayıt”ı məğlub edərsə, 2017/18 mövsümünün çempionu olacaq. Qurban Qurbanovun komandası ardıcıl beşinci, ümumilikdə altıncı çempionluğun bir addımlığındadır.

***

Qarşılaşma başladı.

Dani Kintana 34-cü dəqiqədə cərimə zərbəsindən vurduğu qolla Ağdam təmsilçisini önə çıxardı, 1-0

İlk hissə başa çatdı.

İkinci hissə başladı.

Qarşılaşma "Qarabağ"ın 1-0 hesablı qələbəsi ilə yekunlaşdı.