Qarabağ Şurasında “aralıq status” müzakirə olunub

qarabag-surasinda-araliq-status-muzakire-olunub
Oxunma sayı: 645

Şuranın digər üzvləri isə erməni tərəfinin “aralıq status”u beynəlxalq hüquqi subyekt kimi təqdim etmək cəhdlərinin Azərbaycan üçün təhlükəli ola biləcəyini irəli sürüblər. Şura üzvü hüquqşünas Erkin Qədirlinin “aralıq status”la bağlı hazırlayacağı analitik hesabatın növbəti toplantıda müzakirə ediləcəyi bildirildi.

Qarabağ Şurasının iclasında Azərbaycanın Rusiya, İran və Türkiyə ilə münasibətlərinin son duruma dair də fikir mübadiləsi aparılıb. İrandakı son proseslərin və ümumiyyətlə qonşu ölkədə mümkün dəyişikliklərin Dağlıq Qarabağ münaqişəsinə təsiri ola biləcəyi mövsuzunun gələcək toplantıların birində müzakirəsi vacibliyi qeyd olunub.